logo

İşğaldan azad edilmiş 9 rayonda  ilkin inventarlaşdırma işləri başa çatıb

15:35 15-03-2021 | icon 2394
İşğaldan azad edilmiş 9 rayonda  ilkin inventarlaşdırma işləri başa çatıb

İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir qeyd edib ki, digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, onlarda da inventarlaşdırma işləri aparılacaq.