Bu ilin fevral ayında əvvəlki aya nisbətən un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoqurt, xama, kəsmik, pendir, yumurta, kərə və bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, şokolad məmulatları, çay, kola içkisi, meyvə şirəsi və arağda daha çox bahalaşma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində olub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.