logo

Azərbaycan nefti son iki ildə ən yüksək həddə bahalaşdı-69,38 $

10:59 09-03-2021 | icon 2366
Azərbaycan nefti son iki ildə ən yüksək həddə bahalaşdı-69,38 $

Azərbaycan neftinin qiyməti bahalaşır.

 YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 69,38 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.