Gələn həftədən "Pakistan Beynəlxalq Hava Yolları"(PİA) şirkəti Bakıya birbaşa uçuşlara başlayır.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin "Tvitter" hesabında paylaşım edilib.
Bildirilib ki, uçuşlar martın 14-dən start götürəcək və Lahordan həftədə iki dəfə olmaqla Bakıya birbaşa aviareyslər həyata keçiriləcək..
Paylaşımda Bakı biznes və turizm üçün ən uyğun yerlərdən biri kimi dəyərləndirilib.