logo

Bakıda yeni zavod istifadəyə veriləcək

16:06 04-03-2021 | icon 2422
Bakıda yeni zavod istifadəyə veriləcək

Ölkəmizdəki əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, tikinti sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni istehsal müəssisələri açılır. Əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur, ixrac potensialı artırılır.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, belə müəssisələrdən biri də Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodudur. Hazırda zavodda son tamamlama işləri aparılır.

İldə 8 milyon m2 gips məmulatlar (alçipan) istehsal etmək gücünə malik olan zavodda 100 nəfər çalışacaq.

Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.