“Azercell” müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Müştəri xidmətləri sahəsində ölkəmizdə örnək olan “Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə edib. “Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verilib. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və sair kimi tərkib hissələr daxil olub.
Müasir texnologiyaların və biznes həllərin köməyi ilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən “Azercell” hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində “Azercell” Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. “Azercell”in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı şirkət daha öncə ISO 10002:2018 : Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə sertifikat və ISO 18295:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb