Prezident "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq etdi
Prezident İlham Əliyev fevralın 22-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilr:
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.