logo

Rusiya Azərbaycandan idxal edilən 50 tondan çox pomidoru geri qaytardı

12:30 18-02-2021 | icon 2485
Rusiya Azərbaycandan idxal edilən 50 tondan çox pomidoru geri qaytardı

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan bu ölkəyə fevralın 1-dən 18-nə qədər olan müddətdə ümumi çəkisi 50,4 ton olan üç partiya pomidorun keçirilməsinə icazə verilməyib.

YeniAvropa xəbər verir ki, bu barədə “İnterfax” agentliyi  məlumat yayıb. Bildirilib ki, tərəvəzlərdə təhlükəli Cənubi Amerika pomidor güvəsi aşkar edilib.

Bu səbəbdən də həmin məhsulların Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib.

Departamentdən bildirilib ki, mallar Azərbaycana geri qaytarılıb.