Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı).
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.
Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir: https://www.mid.ru/informacia-dla-rossijskih-i-inostrannyh-grazdan-v-svazi-s-koronavirusnoj-infekciej/-/asset_publisher/UUDFpNltySPE/content/id/4157104
Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:
• Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri
• ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər
• Azərbaycanda işləmək icazəsi olan əcnəbilər
• Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər
• Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.