Formula 1 Azərbaycan Qran-Prisinə akkreditasiya üçün 120-dən çox yerli jurnalist müraciət edib
Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 27-29-da ölkəmizdə üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiya prosesini təşkil edib. Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai akkreditasiya prosesi ilə bağlı KİV-ə müsahibə verib.
- Formula 1 Azərbaycan Qran-Prisinə yerli mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 5-də yekun vurulub. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə neçə müraciət daxil olub?
- Cari ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına qeydiyyat prosesi artıq başa çatıb. Ümumilikdə 120-dən çox yerli media nümayəndəsinin – jurnalist, müxbir, fotoqraf və televiziya operatorlarının BŞH-nin Mətbuat Ofisinə akkreditasiya üçün müraciəti daxil olub. Bu müraciətlər BŞH Mətbuat Ofisi tərəfindən müvafiq olaraq jurnalist və fotoqraflar üçün Beynəlxalq Avtomobil Federasiyasına (FIA), televiziya operatorları və müxbirlər üçün isə Formula 1 Şirkətlər Qrupuna yönləndirilib. Hazırda bu müraciətlərə baxılır. Müraciətlərlə bağlı ilkin cavablar Azərbaycan Qran-Prisindən əvvəl təşkil ediləcək Çin Qran-Prisi başa çatdıqdan sonra FIA tərəfindən BŞH Mətbuat Ofisinə təqdim olunacaq. Başqa sözlə, aprelin 19-dan etibarən FIA-dan olan ilkin rəylər əldə ediləcək. Yarış həftəsi, daha dəqiq desək, aprelin 25-dən etibarən isə yekun cavab əsasında akkreditasiyadan uğurla keçmiş jurnalistlər Media Akkreditasiya Mərkəzinə yaxınlaşıb akkreditasiya kartını ala biləcəklər. Fevralın 5-dən sonra daxil olan müraciətlər qəbul edilməyib.
- Azərbaycanda təşkil olunan digər Qran-Prilərlə müqayisədə yeni ölkələrdən müraciətlər almısınızmı?
- BŞH Mətbuat Ofisi bir qayda olaraq, Formula 1 Azərbaycan Qran-Prisinə yalnız yerli media nümayəndələrinin akkreditasiyası ilə bağlı müraciətlərinin qeydiyyatını aparır, jurnalistlərin maariflənməsini təmin edir və prosesin uğurla başa çatması üçün lazımi işləri həyata keçirir. Əcnəbi jurnalistlərin akkreditasiya ilə bağlı müraciətləri BŞH Mətbuat Ofisi tərəfindən deyil, FIA veb-səhifəsi vasitəsilə bu qurum tərəfindən həyata keçirilir. Yarış həftəsinədək əcnəbi jurnalistlərin siyahısında hər hansı dəyişikliklə bağlı məlumatımız yoxdur. Lakin əlimizdə olan məlumata əsasən deyə bilərik ki, yerli müraciətçilər arasında çoxlu sayda yeni yaradılmış və izləyici sayı yüksək olan media qurumları mövcuddur.
- Mətbuatla iş üzrə yarış zamanı dəyişiklik və əlavələr nəzərdə tutulub?
- Əvvəlki illərdən fərqli olaraq Media Akkreditasiya Mərkəzi “Port Baku Mall”da yerləşəcək. Media üçün nəzərdə tutulan dayanacaq da bu zonada olacaq. Əlavə olaraq, konsert proqramlarının “Baku Crystal Hall”da təşkil olunacağını nəzərə alaraq, axşam saatlarında mətbuat nümayəndələri üçün yarışın start və ya finiş xəttinə yaxın nöqtədən həmin məkana nəqliyyatın təşkili nəzərdə tutulub.
- Mətbuat nümayəndələri üçün yarış ərəfəsində hər hansı maarifləndirici seminarın təşkili nəzərdə tutulub?
- Hər il olduğu kimi, akkreditasiyadan uğurla keçmiş jurnalistlər apreldə məlumat xarakterli seminara dəvət olunacaqlar. Bu seminarda media üçün nəzərdə tutulan infrastruktur, xidmətlər, təhlükəsizlik qaydaları və yarışla bağlı ən son dəyişikliklər jurnalistlərin diqqətinə çatdırılacaq.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb