logo

Bakıda karantini pozub “domino” oynayanlar həbs edildi

18:59 07-06-2020 | icon 2219
Bakıda karantini pozub “domino” oynayanlar həbs edildi

Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi  hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, paytaxtın Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarına zidd bir yerə toplaşıb “domino” oynadığı ortaya çıxıb.

Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.