Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramının qeyd ediləcəyi tarix məlum olub.
YeniAvropa xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, iyulun 31-i, avqustun 1-i tarixləri Qurban bayramı ilə əlaqədar qeyri-iş günü hesab olunur.
Sözügedən tarixlər həftənin cümə və şənbə günlərinə təsadüf edir.