Azərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14°, gündüz 20-24° isti, Bakıda gecə 12-14°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.
Mayın 25-də Azərbaycanın şimal və qərb rayonlarında əsasən, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq rayonlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 9-13°, gündüz 14-18° isti olacağı ehtimal edilir.
Qeyd edək ki, mayın 24-də axşam şimal-qərb küləyinin sürətinin saniyədə 10-15, arabir 18-23 metr olacağı, mayın 25-də gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.
<ins'>