Mayın 23-də günün ikinci yarısından güclənən külək Bakıda fəsadlar törədib.
YeniAvropa xəbər verir ki, paytaxtın mərkəzində, Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.
Nəticədə yol müvəqqəti olaraq bağlanıb. Ətrafdakı evlərin sakinləri və avtomobillərin sürücüləri tərəfindən aşan ağacın budaqları ərazidən təmizləndikdən sonra küçədə hərəkət bərpa edilib.