Təşkilatlarda lokal yoluxma halları qeydə alınır. “Baku Steel Company”nin 86 işçisində koronavirus aşkarlanıb. Qurumun Sumqayıt filialında isə 12 yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin qurumda epidemioloji vəziyyəti stabilləşdirmək mümkün olub.