logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,2 metrə çatıb

20:17 17-05-2020 | icon 2303
Xəzər dənizində dalğanın hündürlüyü 4,2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 20:00-a olan məlumatına əsasən Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, qərb küləyi Naftalan, Neftçalada 26, Ağstafada 22, Göyçayda 21, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20, Tərtər, İmişlidə 18, Sabirabadda 17, Qum adasında 26, Sumqayıt, Maştağa, Çilov adasında 22, Bakıda 20, Neft Daşlarında 21 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,2 metrə çatıb.