logo

Baş prokuror Ziya Məmmədovun qardaşı oğlunu da işdən çıxardı

23:11 16-05-2020 | icon 2324
Baş prokuror Ziya Məmmədovun qardaşı oğlunu da işdən çıxardı

Baş prokuror Kamran Əliyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxarıb.

 YeniAvropa xəbər verir ki, bu gün imzalanan əmrlə baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Məmmədov Namiq Nəriman oğlu vəzifəsindən azad edilib. 

Baş prokurorun digər əmri ilə N.Məmmədov kiçik vəzifəyə təyin edilib.

Bundan əlavə o, FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi çalışacaq.

Qeyd edək ki, əvvəllər Daxili işlər orqanlarında çalışan Namiq Məmmədov sabiq baş prokuror Zakir Qaralovun uzun illər köməkçisi olub və onun ən yaxın adamlarından biri hesab edilib.