logo

Həbs edilən nazir müavini danışdı: İl ərzində rayonlardakı təmirlərdən də 150 min manat Nazirliyə çatırdı

20:25 12-05-2020 | icon 2450
Həbs edilən nazir müavini danışdı: İl ərzində rayonlardakı təmirlərdən də 150 min manat Nazirliyə çatırdı

"15 idarə var idi. Onların hamısı təxminən ay ərzində 60 min manat miqdarında olurdu".

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoda sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov aldığı rüşvəti etiraf edən zaman deyib.

Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işlərinin aparılması üçün vəsaitlər nəzərdə tutulurdu: "Bütün rayonlar üzrə 1 milyon 500 min manat ayrılırdı. İl ərzində 40-45 müəssisə təmir olunurdu. Bütün fəaliyyət nəticəsində həmin idarə rəisləri 10 faiz miqdarında nazirliyə dəstək kimi verirdilər. Bu da 150 min manat vəsait olardı".