Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov bahalı avtomobilini satışa çıxarıb.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, İ.Məmmədov "Turbo.az" saytında satışa çıxardığı özünə məxsus "Porsche Boxter GTS" avtomobilinin elanını, həmçinin, "Facebook"da da yerləşdirib.
Avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunduğu kimi, bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur. Şöbə müdiri onu ikinci avtomobil kimi nadir hallarda sürüb, amma hansı zərurətdən satışa çıxardığı bəlli deyil.
Qeyd edilir ki, İlkin Məmmədov keçmiş spiker Oqtay Əsədovun bacısı oğlunun qaynıdır.