logo

Bakıdakı “EuroHome” bazarı yenə yanır

23:25 11-05-2020 | icon 2219
Bakıdakı “EuroHome” bazarı yenə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

 YeniAvropa  FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu “EuroHome” bazarında ilk yanğın deyil. Bazar sonuncu dəfə 2019-cu ilin dekabrında yanıb. O vaxt yanğın 5 hektar ərazinin 2 hektarını məhv etmişdi.