logo

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq

19:58 01-05-2020 | icon 2359
Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq

 YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq: "Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.