Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 30-u saat 00:00-dan mayın 1-i saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatı açıqlayıb.
İdarədən YeniAvropa-ya bildiriblər ki, tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 30-u saat 00:00-dan mayın 1-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələnib.