Koronavirus epidemiyasının ölkəmizdə də yayılması indiyədək 436 məhkum azadlığa buraxılıb.
YeniAvropa xəbər verir ki, bu haqda Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransında Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib. Onun sözlərinə görə, məlum olduğu kimi, bi neçə gün əvvəl prezdent İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb.
"Həmçinin humanist addımların davamı olaraq 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb",-deyə nazirlik rəsmisi vurğulayıb.
Aynur Sabitova daha sonra koronavirus infeksiyanın qarşısının alınmasına yönəldilən tədbirlər barəd məlumat verib: "Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”.