logo

“Facebook”un I rübdə qazancı iki dəfə artıb

15:57 30-04-2020 | icon 2310
“Facebook”un I rübdə qazancı iki dəfə artıb

2020-ci ilin birinci rübündə “Facebook” kompaniyasının xalis gəliri iki dəfə artaraq 4,902 milyard dollar və ya səhm hesabı ilə 1,71 dollar təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 2,429 milyard dollar və 0,85 dollar idi.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın ümumi rüblük gəliri də 18 faiz artaraq 17,737 milyarda çatıb (ötən il 15,077 milyard dollar).

Mart ayının sonlarına olan məlumata əsasən, “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 2,6 milyard nəfərə çatıb. İl ərzində bu göstərici 10 faiz artıb. Bütün dünyada 2,36 milyard insan hər gün, 2,99 milyard insan isə heç olmasa ayda bir dəfə “Facebook”, “Instagram”, “WhatsApp” və ya “Messenger” şəbəkələrindən istifadə edir. Onların sayında müvafiq olaraq 12 faiz və 11 faiz artım var. “Facebook” əməkdaşlarının sayı isə son il ərzində 28 faiz çoxalıb. Hazırda kompaniyada 48,3 minə yaxın insan çalışır.

Hesabat dərc olunduqdan sonra kompaniyanın səhmləri aprelin 29-da keçirilən əlavə hərraclarda 10,5 faiz bahalaşıb. Kapitallaşması isə son 12 ayda 0,6 faiz artaraq 521 milyard dolları keçib.