logo

Ötən gün karantin rejimini pozan  806 sürücü cərimələnib

11:09 29-04-2020 | icon 2282
Ötən gün karantin rejimini pozan  806 sürücü cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 28-i saat 00:00-dan aprelin 29-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.