İlin əvvəlindən ölkə əhalisinin sayı 12 min 192 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 79 min 300 nəfər təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda, həmçinin bildirilib ki, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi isə kənd sakinləridir. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.