logo

2020-ci ildə  Azərbaycanda 584 əkiz, 12 üçəm doğulub

17:07 17-04-2020 | icon 2373
2020-ci ildə  Azərbaycanda 584 əkiz, 12 üçəm doğulub

Cari ilin ilk iki ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır.