Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb
Masallı rayonunda baş verən partlayışla bağlı cinayət işi başlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, aprelin 16-da saat 07 radələrində Masallı rayonunun Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən operativ surətdə həyata keçirilmiş tədbirlərlə 2-si azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilib.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Zərərçəkmişlərin stasionar qaydada müalicəsi hazırda davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb