logo

22 min 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

11:55 16-04-2020 | icon 2205
22 min 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.

İdarədən YeniAvropa-ya  bildiriblər ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 min 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.