logo

DİN Lənkəranda "Kapital Bank"ın  qarşısındakı izdehamı şərh edib

21:47 15-04-2020 | icon 2534
DİN Lənkəranda "Kapital Bank"ın  qarşısındakı izdehamı şərh edib

Xəbər verildiyi kimi, bu gün Lənkəran şəhərində "Kapital Bank"ın bankomatının qarşısında pensiya almağa gələn sakinlər sıxlıq yaradaraq karantin qaydalarını ciddi şəkildə pozublar. Bunu əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

 YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti nin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, "Kapital Bank"ın bankomatının yerləşdiyi ərazidə xüsusi karantin rejimi qaydalarının tətbiqi ilə əlaqədar əvvəlcədən polis naryadı olub. Lakin pensiya ödənişləri və müraciətlərlə əlaqədar “Kapital Bank”ın binasının qarşısında insanların sıxlığı yarandığından həmin əraziyə əlavə qüvvələr cəlb edilib və sakinlərin hərəkəti sosial izolyasiya tədbirlərinin tələblərinə uyğun tənzimlənib. 

"Ani olaraq yaranmış vəziyyəti ümumi mənzərə kimi təqdim etmək obyektivlikdən kənardır. Rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin icrası ilə bağlı tədbirlər davam etdirilir", - deyə o qeyd edib.("Qafqazinfo")