Koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir.
YeniAvropa xəbər verir ki, bu barədə aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu prosesdə bütün xərcləri dövlət öz üzərinə götürür.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, xəstəxanalarda təbii-bioloji ölümlərə görə şəxslərin dəfni ilə bağlı hər hansı problem qeydə alınmayıb və Operativ Qərargaha məlumat daxil olmayıb.
TƏBİB sədri vurğulayıb ki, bununla belə, ehtiyac yaranarsa, həmin şəxsin ailəsinə lazım olan bütün dəstək göstərilir.