Şirvanda SMS icazə ilə evdən çıxaraq karantin postundan keçmək istəyən narkotik alverçiləri saxlanılıb.
YeniAvropa xəbər verir ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Şirvan şəhəri və Salyan rayonunun sərhədində qurulan karantin rejimi postunda Şirvan polisi və Daxili Qoşunların birgə səyi nəticəsində karantin rejimi zamanı əsassız SMS ilə evdən çıxaraq narkotik vasitələrin satışını həyata keçirmək istəyən şəxslər yaxalanıb.
Stasionar postda növbə çəkən əməkdaşlar özlərini şübhəli aparan, əvvəllər dəfələrlə məhkum olunmuş Salyan rayon sakinləri, 1979-cu il təvəllüdlü Əliyev Əlisa Qurban oğlu və 1982-ci il təvəllüdlü Məcidov Rabil Rafət oğlunu saxlayaraq polis şöbəsinə gətiriblər. Onların üzərinə baxış keçirilərkən Əlisanın üzərindən 19 qram heroin, 15 qram metafetamin, Rabilin üzərindən isə 19 qram heroin və 8 qram metafetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, isti aparılır.