Valideynindən 44 yaş kiçik olan tələbələrin təhsil haqqı ödəniləcək - EKSPERT
Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.
Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:- ünvanlı dövlət sosial yardımı alanlar
;- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:- I və II dərəcə əlilliyi olan şəxslər;- işsiz kimi qeydiyyatda olanlar;- yaşa görə əmək pensiyaçıları; yaşa görə sosial müavinət alanlar.
Bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilib.
Ekspertlərin qənaətinə görə, sözügedən qərarın olduqca az sayda tələbəyə şamil ediləcəyi qənaəti yaranır.
Belə ki, mövcud qanunvericiliyə görə, bir sıra kateqoriyadan olan tələbələr onsuz da təhsil haqqından azad ediliblər.
Təhsil haqqından azad edilən tələbələrin isə təhsil haqqının ödənilməsindən danışmağa dəyməz.
YeniAvropa xəbər verir ki, hüquqşünas-ekspert Alim Hüseynli bildirib ki, konkret olaraq “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət, habelə özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar.
“Həmin tələbələr dövlət təhsil müəssisələrinin bakalavr, magistratura və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsil alarkən tam dövlət hesabına təhsil haqlarından azad olunurlar.
Həmin şəxslər üçün qanunvericilikdə digər imtiyazlar da nəzərdə tutulub. Qanuna görə, həmin şəxslər əyani şəkildə təhsil aldıqda 23 yaşına qədər, qiyabi təhsil aldıqda isə 18 yaşına qədər təhsil haqlarından dövlət hesabına azad olunurlar.
Həmin şəxslər təhsil alarkən qanunvericilikdə müəyyən edilmiş tələbə təqaüdünün iki misli qədər təqaüd alırlar, onlar həmçinin təhsil almaları üçün müvafiq dərs vəsaitləri ilə təmin edilirlər. Eyni zamanda həmin tələbələrin istehsalat təcrübəsinin haqqı dövlət hesabına ödənilir.
Bundan başqa, “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar.
Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar. Bundan əlavə, məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.
2019-cu ilin may ayının 3-də təsdiq edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar. Hazirlər Kabinetinin qəbul etdiyi qərarda “ünvanlı dövlət sosial yardımı alanlar; işsiz kimi qeydiyyatda olanlar və yaşa görə əmək pensiyaçılar” yeni kateqoriya kimi müəyyən edilib.
Maraqlıdır, görəsən bu kateqoriyadan olan neçə tələbə ali təhsil alır? “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulub ki, 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay müəyyən edilsin. Maraqlıdır, bu yaşda olan neçə valideyinin övladı ali təhsil alır? Nəzərə almaq lazımdır ki, hazırda ölkədə 17 yaşlı gənc ali təhsil almaq hüququ əldə edir.
Əgər yaşa görə əmək pensiyaçının övladı bu statusu əldə edibsə, deməli həmin şəxslə övladı arasında ən azı 44 yaş fərq olmalıdır. Sizcə, ali təhsil müəssisələrində bu kateqoriyadan olan neçə tələbə təhsil alır?…”-deyə, o, əlavə edib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb