logo

Şamaxıda uşaqlarını otlamağa məcbur edən ata həbs edildi

18:30 14-04-2020 | icon 2331
Şamaxıda uşaqlarını otlamağa məcbur edən ata həbs edildi
Azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və sonra onu videoya çəkərək sosial şəbəkədə paylaşan Şamaxı rayon sakini İkram Xudiyev həbs edilib. 
 
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzası verilib.
 
Ehsan Zahidov daha sonra qeyd edib ki, əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daima diqqət mərkəzindədir:
 
"Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri özünün, biri isə qohumudur. O, dərhal polis şöbəsinə gətirilib, izahatı aınıb. İkram Xudiyev etitaf elədi və bildirdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, İkram Xudiyev inzibati xətalar məcəlləsinin müvafaiq maddəsinə əsasən cərimə olunub".
 
Qeyd edək ki, sosial şəbəkədə azyaşlı uşaqlarla bağlı videogörüntü paylaşılıb. Həmin görüntüdə ata pay torpağı olanlara yardım verilməməsinə işarə edərək uşaqlarını həyətyanı sahədə otlamağa "məcbur edir”.