logo

Azərbaycanda daha 49 koronavirusa yoluxma-say 1197, ölü sayı 13 oldu

16:56 14-04-2020 | icon 2268
Azərbaycanda daha 49 koronavirusa yoluxma-say 1197, ölü sayı 13 oldu

Azərbaycanda yeni koronavirus infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.