logo

Dağlıq ərazilərdə qar yağıb, -7° şaxta olub

13:09 14-04-2020 | icon 2254
Dağlıq ərazilərdə qar yağıb, -7° şaxta olub

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3, Astara, Şamaxıda 2, Mərəzədə 0.6, Yardımlıda 0.4 millimetr olub.

Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15°, aran rayonlarında 13-17°, dağlıq rayonlarda 7°-dək, Naxçıvan Muxtar Respublikasında 7-16° isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə 7°-dək şaxta olub.