logo

Ötən gün respublikanın avtomobil yollarında 2204 nəfər cərimələnib

10:53 14-04-2020 | icon 2184
Ötən gün respublikanın avtomobil yollarında 2204 nəfər cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün ərzində respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 13-ü saat 00:00-dan aprelin 14-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.