logo

Bakıda anada və yeni doğulmuş körpəsində koronavirus aşkarlandı

21:56 13-04-2020 | icon 2247
Bakıda anada və yeni doğulmuş körpəsində koronavirus aşkarlandı

Təcili yardım briqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bu barədə “XəzərTV”-yə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.

Rauf Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadi zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: