logo

Sərxoş sürücü oğlu ilə birlikdə karantin qaydalarını pozdu

18:11 13-04-2020 | icon 2317
Sərxoş sürücü oğlu ilə birlikdə karantin qaydalarını pozdu

Astara rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “VAZ 21015” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu məlum olub. Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar.