logo

“20 Yanvar" dairəsi sökülür 

12:12 13-04-2020 | icon 2373
“20 Yanvar" dairəsi sökülür 

Bakı şəhərində qəzaların və tıxacların tez-tez baş verdiyi "20 Yanvar" dairəsində avtomobillərin hərəkətində dəyişiklik ediləcək.

YeniAvropa xəbər verir ki,  bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, günün pik saatlarında bu dairədə yaranan tıxacın qarşısını almaq üçün dairənin ərazisində söküntü işləri aparılır. Belə ki, şəhər istiqamətində gəlib 20 yanvar dairəsinə girəndə 4 zolaq bir-birinə girirdi, bu da tıxac əmələ gətirirdi. Odur ki, dairəsində yenidənqurma işləri aparılır.

"Dairə hazırda oval formasına salınır. Bu, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması istiqamətində aparılan işlərin tərkib hissəsindən biridir. Dairənin yaxınlığındakı metronun çıxışlarından birinin yeri dəyişdiriləcək. "20 Yanvar Dairəsi”ndən "Masazır Dairəsi”nə kimi bu işlər kompleks şəkildə aparılır”,- deyə A.Nəcəfli bildirib.