Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb, temperatur mənfi 7 dərəcəyədək enib.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki,Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərində, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bir çox yaşayış məntəqələrində qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü 8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub. Qarın yağması ilə əlaqədar temperatur isə mənfi 7 dərəcəyədək enib.