Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son 12 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayını açıqlayıb.
İdarədən YeniAvropa-ya bildiriblər ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 min 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.