Binəqədi rayonunda ümumi sahəsi 60 kvadratmetr olan ikimərtəbəli mebel təmiri sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində sexin dam örtüyü, ikinci mərtəbəsinin yanar hissələri və içərisindəki əşyalar yanıb. Yüksək temperaturdan tikilinin birinci mərtəbəsinin lambirindən ibarət tavanı əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.