Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
YeniAvropa xəbər verir ki, hadisə Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Əliyeva Zülfiyyə Rafiq qızı idarə etdiyi “Range Rover” markalı, “99-PB-039 dövlət qeydiyyat nişanlı avtomobillə C.Hacıbəyli küçəsində hərəkətdə olarkən H.Ələsgərov küçəsi ilə hərəkət edən 2000-ci il təvəllüdlü Möhsümzadə Vaqif Allahverdi oğlunun idarə etdiyi “Honda” markalı, “90-TE-812 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. “Range Rover” bundan sonra zərbənin təsirindən yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində Z.Əliyeva xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
“Honda” markalı avtomobilin sürücüsü V.Möhsümzadənin sözlərinə görə, hadisəyə “Range Rover”in sürücüsünün qadağan olunmuş istiqamətdə hərəkət etməsi səbəb olub.
Hadisə yerinə Nərimanov rayonu yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.