logo

Şabranda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanılıb

18:22 12-04-2020 | icon 2100
Şabranda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanılıb

Aprelin 11-də Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.

 YeniAvropa xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında Şabran rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə zamanı N.İslamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

Xatırladaq ki, N.İslamov öz həyat yoldaşını qətlə yetirdiyi üçün 13 il məhbus həyatı yaşayıb və 2019-cu ilin yanvar ayında azadlığa çıxıb.