Aprelin 12-si gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü 2 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 2-4 dərəcəyədək aşağı düşüb.
Məlumatda hazırda kəndə qar yağmaqda davam etdiyi qeyd edilib.