logo

Şirvanda 23 yaşlı gənc özünü körpüdən Kür çayına atmaq istədi

11:39 12-04-2020 | icon 2233
Şirvanda 23 yaşlı gənc özünü körpüdən Kür çayına atmaq istədi

Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edilib.

 YeniAvropa xəbər verir ki, Sabirabad rayonunun Moranlı kənd sakini,Camallı Camal valideynləri ilə mübahisə etdikdən sonra Şirvan şəhər və Sabirabad rayonunu birləşdirən Kür çayının üzərindəki körpüyə çıxaraq özünü çaya atmaq istəyib.

Şirvan şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin bölmə rəisi, İsmayıl Hacıyev 23 yaşlı gənclə psixoloji söhbət etdikdən sonra onu fikrindən daşındırıb. Polis şöbəsinə dəvət olunan Camalla profilaktik söhbət aparılıb.