Son bir ayda ölkəmizdə fəaliyyət göstərən 106 cinayətkar qrup zərərsizləşdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılıb, 1860 nəfər məsuliyyətə cəlb edilib, axtarışda olan 485 şəxs tutulub,
Həmçinin qeyd edilib ki, polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini uğurla davam etdirir.