logo

190 manata görə "e-sosial.az" saytı yenidən çökdü

14:29 10-04-2020 | icon 2653
190 manata görə "e-sosial.az" saytı yenidən çökdü

Koronovirus səbəbindən hökumətin işsiz vətəndaşlar üçün nəzərdə tutulan 190 manat məbləöində birdəfəlik maliyyə yardımı ilə bağlı qeydiyyatın aparıldığı "e-sosial.az" portalının fəaliyyətində fasilə yaranıb.

 YeniAvropa xəbər verir ki, profilaktik işlərin aparılması ilə əlaqədar olaraq saytın fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilib.

Qeyd olunub ki, saat 15:00-da saytın qeydiyyatı bərpa olunacaq.

Xatırladaq ki,  bu gün qeydiyyat Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonları üçün açıqdır.