Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.